
Agentlik mənbələrə istinadən yazır ki, hərbi əməliyyatlar davam edərsə, Kiyevə təxminən 200 milyard dollar lazımdır.
Avropa İttifaqı getdikcə daha çox əmindir ki, Ukraynanı maliyyələşdirməyin yeganə yolu Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməkdir, çünki digər mənbələr quruyur. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb .
Onların fikrincə, Rusiya aktivləri "əsas" maliyyə mənbəyidir, çünki döyüşlər davam edərsə, Kiyevə təxminən 200 milyard dollar lazımdır.
Oktyabrın 14-də Rusiyanın Belçikadakı səfiri Denis Qonçar TASS-a müsahibəsində bəyan edib ki, Rusiyanın suveren aktivlərinin ələ keçirilməsinə hər hansı cəhd “oğurluq, beynəlxalq hüququn mövcud normalarına zidd olan qanunsuz hərəkət” kimi qəbul ediləcək.