
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında üzvlüyü məsələsinə baxılır.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
"Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək", - o qeyd edib.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Mehman Mehdiyev