Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Mehdiyevin kadrları bütün sahələrdə hələ də qalmaqdadır: Partiya, media, QHT-lərdə

Ramiz Mehdiyevin kadrları bütün sahələrdə hələ də qalmaqdadır: Partiya, media, QHT-lərdə


Son günlər ölkənin daxili siyasi həyatı, xüsusilə də sabiq PA rəhbəri Ramiz Mehdiyevin ətrafında yaşananlarla bağlı siyasi şərhçi, eyni zamanda AMİP liderinin köməkçisi Əli Orucovla söhbətləşdik. Newscenter.az-a verdiyi müsahibədə Əli Orucov bir sıra məqamlara toxunub.

-Əli bəy, son günlər əsas müzakirə mövzusu Ramiz Mehdiyev ətrafında baş verənlərdir. Ramiz Mehdiyev barədə məlumatları Azərbaycan tərəfinə Rusiyanın ötürdüyü bildirilir. Rusiyaya işləyən birini Rusiyanın ələ verməsi nə dərəcədə mümkün görünür?

-Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyevin gündəmin əsas müzakirə mövzusuna çevrilməsi onun uzun illər de-fakto hakimiyyətin ikinci şəxsi olmasından, qəbul edilən qərarlara birbaşa təsir etməsindən, vəzifədən uzaqlaşdırıldıqdan sonra da müəyyən qədər öz təsirini saxlamasından və ölkənin ictimai-siyasi həyatında pərdə arxasında fəal rol oynamasından qaynaqlanır. O, postundan kənarlaşdırılsa da təhlükəli fiqur olaraq qalırdı və geniş əlaqlərə, maliyyə, iqtisadi və siyasi imkanlara malik idi. Onun kadrları bütün sahələrdə indi qalmaqdadır. Hakimiyyət qollarında, mediada, kommersiya qurumlarında, QHT-lərdə, siyasi partiyalarda yerləşdirdiyi kadrların bir çoxu simalarını gizlətməyə, əlaqələrdən qaçmağa çalışsalar da, sabiq aparat rəhbərinə simpatiya və hörmətlərini saxlayırdılar. “Boz Kardinal” adı ona təsadüfən verilməmişdir . Onu gücləndirən və ölkəninin faktiki ikinci şəxsinə çevirən əsas faktorlarda biri də Moskvanın qətiyyətli dəstəyi idi. Nəzərə almaq lazımdır ki, o, sovet sisteminin yetirməsidir və nomenklaturanı, cəmiyyəti manipulyasiya etməyi bacarır. Boz Kardinalın idarəetmə fəlsəfəsi də, metodologiyası da məhz mənimsədiyi sovet idərəetmə fələsəfəsinə və metodologiyasına əsaslanırdı. R.Mehdiyev sovet ideologiyasına və bu ideologiyanı yenidən hegemon etməyi hədəfləyən Moskvaya sadiq şəxs olub. Mən zənn etmirəm ki, onun barəsində məlumatları Azərbaycan tərəfinə Rusiya ötürmüş olsun. Məntiqlə Moskvaya sadiq və onun göstəriş və direktivlərini qeyd-şətrsiz yerinə yetirən şəxsin niyə tam zərərsizləşdirilməsinə rəvac versin?! Əksinə çalışar ki, qorusun, xidmətlərindən bəhrələnsin. Digər tərəfdən R.Mehdiyev Azərbaycanda, Bakıda yaşayır. Xarocdə yaşamır ki, nəzarətdən kənarda qalsın, əlaqələri deşifrə olunmasın. Mən ölkənin xüsusi xidmət və təhlükəsizlik orqanlarının fəaliyyətinə və peşəkarlığına güvənirəm. Dövlətə, dövlətçiliyə qarşı istənilən təhlükənin qarşısnı anında almaq qüdrətindədir. Beynəlxalq təhlükəsizliyin qorunmasında önəmli rol alan Azərbaycanın Rusiyanın belə bir “xidmətinə” və dəstəyinə ehtiyacı yoxdur. Bunlar sadəcə fərziyyələrdir.

-Sizcə Ramiz Mehdiyevin planı baş tutsaydı Azərbaycanı nə gözləyirdi?

-Ramiz Mehdiyevin planının baş tutacağı sadəcə mümkün deyil. Azərbaycan dövlət çevrilişinin, dövlətə qarşı qiyamın baş verdiyi, anarxiyanın höküm sürdüyü dövrləri çoxdan arxada qoyub. Azərbaycan stabil və təhlükəsiz, güclü bir dövlətə çevrilib. Dünyada hörmət və ehtiramla yanaşılır. Hər il Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, yüksək səviyyəli qonaqlar qarşılayır. Azərbaycan banan ölkəsi deyil ki, zoraklıqla kimlərsə hakimiyyəti ələ keçirsin, ölkəni hansısa dövlətin vassalına çevirsin. Ola bilsin R.Mehdiyev və onun dəstəkçiləri belə bir ağılsız və absurd niyyətə düşsünlər, ancaq bu yatsalar yuxularına da gəlməz.


Süleyman
Xəbəri paylaş