
Moskvada Suriya Prezidenti Əhməd Əş Şaraa ilə Vladimir Putin arasında keçirilən görüşdə əsas müzakirə mövzusuna Rusiya hərbi bazalarının işinin yenidən bərpası da daxil idi. Şaraa hökümətinin qarşı tərəfə həmin qüvvələrin Suriyaya qayıtmalarını istədiklərini bildirməsi isə hər iki tərəfin maraqlarının eyni nöqtədə kəsişdiyini göstərir.
Birincisi, Suriyanın yenidən əvvəlki kimi mərkəzləşmiş dövlət quruluşlu idarəetməyə və bu sistemin bərpası üçün xarici dəstəkçi qüvvəyə ehtiyac var.
Şaraa höküməti nə qədər çalışsa da, ətrafında olan müxtəlif müstəqilləşmiş qruplara qalib gələ bilməz belə ki, həmin qüvvələr regionda maraqları olan bir sıra dairələr tərəfindən dəstəklənir.
PKK, YPG, PYD kimi qruplaşmalar ABŞ tərəfindən, Druzlar İsrail tərəfindən dəstəklənir və bu, Suriyanın suverenliyinin bərpası üçün mane törədir.
Faktiki sübut bu idi ki, bir neçə ay öncə Suriya höküməti Südeyvə bölgəsini nəzarət altına almaq istərkən Tel Əviv tərəfi Druzların müdafiəsinə qalxaraq qarşı tərəfin strateji obyektlərinə zərbələr endirməyə başladı və Dəməşq planından əl çəkməli oldu.
Əgər, Rusiya qoşunları bölgəyə gələrək hərbi bazalarında yenidən fəaliyyətə başlasa Dəməşq onlardan mərkəzləşdirilmiş dövlət yaratmaq planında istifadə edə bilər.
ABŞ nin Yaxın Şərqdə suveren və inkişaf etmiş, güclü dövlətin var olmasını istəməməsi sirr deyil, məqsəd isə bölgədə tək hegemon dövlət olmaq istəməsidir. Beləcə, Neft və qaz yataqlarını, iqtisadi tranzit yollarını asanlıqla nəzarətə almaqla yüksək maliyyə gəliri qazanmaq, Moskva və Tehranın regiona təsirini azaltmaq və onların burada üstünlük qazanmasını önləmək.
Suriya bu planları bildiyi üçün Rusiyanın hərbi və siyasi dəstəyindən istifadə etmək istəyir.
Beləcə, asan şəkildə xüsusi hərbi əməliyyatlar apara bilər, müstəqilləşən dairələrə dəstək verən qüvvələrin isə Rusiyanın güclü texniki və ordu ehtiyatını nəzərə alaraq geri çəkilməsinə yol açılar.
İkincisi, İran ilə münasibətlərin normallaşdırılması üçün Rusiya əhəmiyyətli rol oynayacaq.
Tehran Şaraa hökümətinin Suriyada hakimiyyətə gəlməsini qəbul etmir
Öncəki Əsəd hakimiyyəti onlar üçün İsrailə nəzarət imkanı verir, Tel Əvivin Tehrana qarşı hərbi əməliyyatları ehtimalı fonunda birbaşa Suriya vasitəsilə İran ona qarşı ikinci cəbhə aça bilərdi. Lakin, Əsəd hakimiyyəti 2024 cü il dekabr devrildikdən sonra ölkə faktiki olaraq itirildi və İran onu geri qaytarmaq üçün daxildə olan və özünə məxsus olan qüvvələr vasitəsilə yenidən Tehran dəstəkli dairələri rəhbərliyə gətirmək istəyir.
Rusiya ilə münasibətlər normallaşarsa, Suriya ərazisində hərbi bazalar bərpa ediləcək və
ABŞ nin müttəfiqi olan İsrailə qarşı Moskva sədd yaradacaq
Belə ki, Tel Əviv bölgədə nə qədər üstünlük əldə edərsə, Vaşqinton üçün də geniş imkanlar yaranacaq.
Bu koalisiya regionda əsas hegemon qüvvəyə çevriləcəklər. Rusiya İranın təsirinin zəifləməməsi üçün onun nüfuz dairələrində ya hərbi ya siyasi yolla for postlar yaradaraq həm özünün əsas müttəfiqinin ayaqda qalmasını təmin edəcək, həm iqtisadi diplomatik tərəfdaşının gücünün artmasına yol açacaq.
Şaraa hökümətinin Rusiyanı ərazisinə dəvət etməsi Moskva üçün bu ölkədə tək siyasi hakim dairə, güc mərkəzi və aparıcı qüvvə olmasına şərait yaradacaq.
Türkiyənin regionda artan nüfuzu Rusiya üçün maraq toqquşması hesab oluna bilər çünki, Ankara Suriyanı protektoratına alsa bölgəyə qızıl açar əldə edilmiş olacaq ki, bu da Yaxın Şərqdə əsas güc mərkəzi olmaq istəyən Moskvanın planlarına uyğun deyil.
Rusiya Türkiyə ilə birlikdə Suriyada bir sıra quruculuq sahələrində və politik işlərdə əməkdaşlıq etmək istəyər və bu onun iqtisadiyyatı üçün də xeyirlidir lakin, rəsmi Dəməşqin yeganə himayədarı və nüfuz sahibinin Ankara olmasını maraq toqquşması kimi qəbul edir
İsa İsmayılzadə, siyasi şərhçi