Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Albert Aqarunov ırmızı Qəsəbə adı altında hansısa süni layihə yaratmaq niyyətində deyildi

Albert Aqarunov ırmızı Qəsəbə adı altında hansısa süni layihə yaratmaq niyyətində deyildi


"Albert Aqarunov hakimiyyət haqqında düşünmürdü. O, separatizm haqqında düşünmürdü. O, müstəqil yəhudi dövləti və ya Qırmızı Qəsəbə adı altında hansısa süni layihə yaratmaq niyyətində deyildi. Albert Aqarunov Qarabağda, döyüş meydanında idi. O, Vətən uğrunda, Azərbaycan torpağı uğrunda, analarımızın, bacılarımızın namusu uğrunda, bugünkü gənc nəslin azad və təhlükəsiz gələcəyi uğrunda vuruşurdu və bu yolda şəhidlik zirvəsinə ucaldı".

Newscenter.az xəbər verir ki, bunları beynəlxalq hüquq müdafiəçisi Qlobal Həmrəylik Şurasının Qafqaz regionu üzrə rəhbəri David Seliverstov 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən gərgin siyasi prosesləri şərh edərkən səsləndirib. O qeyd edib ki, həmin dövrdə isə sapı özümüzdən olan baltalar Azərbaycanın parçalanması üçün müxtəlif çirkin ssenarilər qururdular:

"Bir tərəfdə Talış-Muğan adı altında separatçı niyyətlər ortaya atılırdı, digər tərəfdə Gəncəbasar adı ilə dövlətçiliyə qarşı təhlükəli planlar hazırlanırdı. Lakin Azərbaycan xalqının taleyində həlledici dönüş baş verdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

Ulu Öndər yalnız dövlətçiliyi qorumaqla kifayətlənmədi. O, Azərbaycanda multikulturalizm, tolerantlıq və vətəndaş həmrəyliyi modelinin əsasını yaratdı. Məhz onun siyasi iradəsi nəticəsində bu ölkədə yaşayan ruslar, ukraynalılar, yəhudilər, tatarlar, ləzgilər, talışlar və digər xalqlar Azərbaycanı öz doğma Vətəni kimi gördülər. Çünki bu torpaq onların da evidir, onların da keçmişidir, onların da gələcəyidir".

David Seliverstov qeyd edib ki, bu gün ortaya atılan təxribatlar yeni deyil:

"Biz bu ssenariləri 44 günlük Vətən müharibəsi dövründə də gördük. Bizi parçalamaq, talışları, ləzgiləri və digər xalqları Azərbaycan xalqından ayırmaq istəyənlər oldu. Lakin bacarmadılar. Çünki Azərbaycan xalqı vahid yumruq kimi birləşdi.

Talış da, ləzgi də, yəhudi də, rus da, tatar da, Azərbaycanda yaşayan bütün xalqlar səngərdə bir amal uğrunda dayandılar. Onlar vahid ordu, vahid komandanlıq və vahid dövlətçilik prinsipi əsasında Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdilər.

Albert Aqarunovun qəhrəmanlığı da məhz bu həqiqətin ən parlaq sübutudur. Azərbaycanda Vətən sevgisi millətə, dinə, soyada görə ölçülmür. Vətən sevgisi qanla, sədaqətlə və fədakarlıqla sübut olunur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz BİRİK!!! Qazilərimizə şəfa versin. Yaşasın Azərbaycan Ordusu! Yaşasın bütöv və qüdrətli Azərbaycan! Yaşasın Ali Baş Komandan!".

Süleyman
Xəbəri paylaş