Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın sərgilədiyi münasibət Türkiyə dövləti tərəfindən diqqətə alınmalıdır

Azərbaycanın sərgilədiyi münasibət Türkiyə dövləti tərəfindən diqqətə alınmalıdır


"Təəssüflər olsun ki, Azərbaycanın Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməyən xarici siyasətinin İsrail istiqaməti və daxili siyasətdəki bəzi məqamlar Türkiyə cəmiyyətinin bəzi dairələrində qaragüruh münasibətə səbəb olmuşdur. Müasir Azərbaycan dövləti gənc, lakin kifayət qədər təşəkkül tapmış güclü və qürurlu dövlətdir. Güclü Rusiya və İranla yaşanan insident zamanı dövlətimizin sərgilədiyi münasibət və xarakter Türkiyə dövləti tərəfindən diqqətə alınmalıdır"

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Azərbaycan dostluq etməyi bacaran dövlətdir və hər kəslə bərabərhüquqlu münasibətlər qurmaq iqtidarındadır:

"Dövlətimiz üçün böyük qardaş və hami münasibətləri qəbulolunmazdır. Əminəm ki, Türkiyə ən qısa zamanda yanlış yanaşmanı anlayacaq və durumu düzəltmək üçün müvafiq addımlar atacaqdır. Azərbaycan Türkiyə üçün kilid dövlətlərdən bəlkə də ən birincisidir. Azərbaycan olmadan Türkiyənin Qafqaz və Mərkəzi Asiya regionunda mövcudluğu mümkün deyil".

Süleyman
Xəbəri paylaş