
Papa XIV Leo Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.
Newscenter.az xəbər verir ki, Müqəddəs Taxt-tacın Mətbuat Xidmətinin məlumatına görə, Xerson bölgəsindəki humanitar vəziyyət müzakirə olunub.
Məlumata görə, söhbət zamanı Müqəddəs Ata Xerson vilayətinin Oleşki şəhərindəki ağır humanitar vəziyyətlə bağlı dərin narahatlığını bildirib. O, ərzaq və dərman çatdırılmasını, eləcə də mülki əhalinin könüllü və təhlükəsiz şəkildə təxliyəsini təmin etmək üçün atəşkəs tələb edib. Sonda Müqəddəs Ata Müqəddəs Taxt-Tacın dialoqa və sülhə sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, 71 yaşlı papa ağciyər əməliyyatından sonra xəstəxanadadır. Bu, XIV Leonun 18 ay əvvəl Papa seçilməsindən bəri Rusiya lideri ilə ikinci telefon danışığıdır.
Anar











































