Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litva rusiyalılara turist vizalarının verilməsini dayandıra bilər

Litva rusiyalılara turist vizalarının verilməsini dayandıra bilər


Aİ üzv dövlətləri Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmalıdırlar.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində jurnalistlərə bildirib.

"Biz israrlı olacağıq və heç kimin rusiyalı turistlərə viza verməyə razılıq arqumentlərini sakitcə dinləməsinə icazə verməyəcəyik", - deyə o, Litvanın 1 yanvarda Aİ Şurasının rotasiyalı sədrliyini öz üzərinə götürməsinə toxunaraq bildirib6

"Biz bu məsələni hər dəfə qaldıracağıq".

O qeyd edib ki, Rusiyaya təzyiqlər davam etdirilməlidir, o cümlədən viza verilməsi ilə bağlı sərt mövqe tutmaq lazımdır. Nauseda bildirib ki, Baltikyanı ölkələr Rusiyaya qarşı liberal viza siyasətinə son qoyulmasını tələb edirlər.

Onun sözlərinə görə, Qərb ölkələri hər il rusiyalılara 500 min viza verir.

Anar
Xəbəri paylaş