
Ukrayna və İranla münaqişələr 2026-cı ildə bitəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalına verdiyi müsahibədə deyib.
Belarus liderindən bu münaqişələrdə sülhə nail olmaq üçün ümidin olub-olmadığı soruşulub.
"Dünya hazırda məhz insan amili üzündən çox narahatdır. Bu müharibələri bizə Allah verməyib. Biz onları bu nöqtəyə özümüz gətirmişik. Buna görə də, onlara necə son qoyacağımızı düşünməliyik", - deyə Lukaşenko bildirib.
Belarus lideri onu da deyib ki, sözügedən münaqişələrə əvvəlkilərdən daha tez son qoymaq imkanı var.
Arzu











































