Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi Cənubi Qafqazda güc balansını dəyişdi

Şuşa Bəyannaməsi Cənubi Qafqazda güc balansını dəyişdi


2021-ci il iyun ayının 15-də Türkiyə və Azərbaycan prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi, iki qardaş ölkə arasında münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldən və beynəlxalq hüquqa əsaslanan ən yüksək dərəcəli bir sənəddir. Bu gün Şuşa Bəyannaməsi artıq sadəcə siyasi bəyanat deyil. Şuşa Bəyannaməsi beynəlxalq aləmdə, araşdırmalarda Cənubi Qafqazın müharibədən sonrakı geosiyasi modelini formalaşdıran əsas sənədlərdən biri kimi təqdim olunur. Şuşa Bəyannaməsini bir çox ölkələr regional əməkdaşlığın təməli olaraq dəyərləndirirlər və hətta, bəyannaməyə qısqanclıqla yanaşan ölkələr tərəfindən belə, bu sənədi yeni güc balansının simvolu olaraq qiymətləndirilməsi, qəbul olunan sənədin mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu baxımdan Şuşa Bəyannaməsi 2020-ci ildən sonra Cənubi Qafqaz reallıqlarını ən çox müəyyənləşdirən sənədlərdən biri olaraq qiymətləndirmək lazımdır. Sənəd Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığı daha çox inkişaf etdirdi və institusional səviyyəyə qaldırdı. Birgə təlimlər və müdafiə sənayesi əməkdaşlığı, təhlükəsizlik koordinasiyası iki ölkə arasında daha da inkişaf etdi və gücləndi. Məhz Şuşa Bəyannaməsi Cənubi Qafqazda güc balansını dəyişdi. Bəyannamədən sonra Türkiyə regionun əsas siyasi və təhlükəsizlik aktyorlarından birinə çevrilib. Ankara artıq regionda müşahidəçi deyil, proseslərin formalaşmasına təsir edən tərəf olaraq fəaliyyət göstərir. Nəqliyyat, enerji və ticarət marşrutlarının inkişafı, xüsusilə də Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına daha sıx bağlamaq istiqamətində yeni imkanlar yaratdı. Azərbaycan bu bəyannamadən ən çox yararlanan tərəfdir. Güclü təhlükəsizlik təminatı və strateji müttəfiqlik əldə etmək imkanı qazanan Azərbaycan, müdafiə sənayesi və hərbi modernləşmə proseslərini sürətləndi. Enerji və loqistika lahiyələrində güclü koordinasiya əldə olundu və sairə. Bu hər iki ölkənin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə səbəb oldu və daha geniş şəkildə diplomatik dəstək mexanizmləri əldə edildi. Türkiyənin Xəzər dənizi və Mərkəzi Asiya perspektivləri daha çox gücləndi və təsir imkanlarını artıra bildi. Türk dövlətləri arasında inteqrasiya siyasətində mövqeyi möhkəmləndi. Tranzit ölkə rolunu artırdı və sairə. Bu baxımdan bəyannamənin həmçinin iqtisadi tərəfini də nəzərdən qaçırmaq olmaz. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasından sonra Şuşa Bəyannaməsinin iqtisadi hissəsi, daha çox və daha böyük layihələrə imza atmağa imkan yaradacaq.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş