Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2025-ci ildə dövlət adından yaradılan 44 publik hüquqi şəxsə 968 mln. manat məbləğində vəsait ayrılıb

2025-ci ildə dövlət adından yaradılan 44 publik hüquqi şəxsə 968 mln. manat məbləğində vəsait ayrılıb


“Ötən il beynəlxalq və regional təşkilatlar, maliyyə institutları ilə əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici yardımlar üçün 655 milyon manat sərf edilib”.

Newscenter.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 504 mln. manat vəsaitin sərf edilib ki, bu da 2024-cü illə müqayisədə 18,5 mln. manat və ya 3,8 faiz çoxdur.

“Ötən il güzəştli ipoteka kreditlərinin verilməsi üçün 85 milyon manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın maliyyələşdirilməsi üçün 15 milyon manat olmaqla, cəmi 100 milyon manat məbləğində vəsait sərf olunub. Hesabat ilində dövlət adından yaradılan və dövlət sifarişi əsasında görülən işlərin, xidmətlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 44 publik hüquqi şəxsə 968 milyon manat məbləğində vəsait ayrılıb. 2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün 7,6 milyard manat və ya büdcəsi xərclərinin 19,6 faizi həcmində vəsait ayrılıb. Həmin mənbədən investisiya layihələrinin həyata keçirilməsi üçün 2,3 milyard manat vəsaitin yönəldilməsi təmin olunub”, -- deyə S.Babayev qeyd edib.

S. Babayev, həmçinin investisiya xərclərinin 1,7 mlrd. manatının infrastruktur təyinatlı layihələrin, 303 mln. manatının sosial sferaya aid olan obyektlərin, 98 mln. manatının ölkənin müdafiə, məhkəmə, hüquq-mühafizə və digər sahələri üzrə obyektlərin tikintisinə, yenidənqurulmasına və əsaslı təmirinə yönəldildiyini vurğulayıb.

Süleyman
Xəbəri paylaş