
Donald Tramp Mərkəzi Asiya ölkələri və Qazaxıstan liderlərinə 6 noyabrda Vaşinqtonda keçirilən Mərkəzi Asiya-ABŞ sammitində dəvət göndərib. Tramp, ABŞ çox aktiv işgüzardır indi.
Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndə Serxio Qor və dövlət katibi müavini Kristofer Landau qarşıdan gələn sammit üçün mövqeləri razılaşdırmağa artıq Özbəkistan və Qazaxıstana gəliblər.
Trampın indi diqqətində Rusiya iqtisadiyyatına tətbiq edilən sarsıdıcı sanksiyalardan da sonra Rusiya ilə münasibətləri Mərkəzi Asiya ölkələri liderlərilə ciddi müzakirə etməkdir. Niyə? Çünki Rusiyaya qarşı yeni və daha da sərt sanksiyalar paketi Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan iqtisadiyyatına ciddi ziyan vura bilər, əgər ki Rusiya ilə münasibətlərini dəyişməsələr.
Məsələ aydındır. Ya Rusiya ilə qalıb, birlikdə çox sərt sankdiya nəticələrini həzm etməlisiniz. Ya da, Rusiya ilə münasibətləri dəyişib, keçin bizim tərəfə. İqtisadiyyatın gücü və təsiri budur, bax.
Məlumat üçün: Tramp oktyabrın 30-da Çinin lideri Si Cinpinlə görüşəcək. Görüşün gündəliyi və oradakı danışıq və razılaşmalar artıq Putini narahat edir. Və Tramp hazırda Çin ətrafındakı, Malayziya, Tayvan və digər ölkələrə səfərdədir. Onlarla sazişlər bağlayır. Həmin bütün regionu öz ətrafına yığır. Məqsəd Putinin təklənməsidir. Nəticə: Tramp Rusiyanı sıxıbz çöküşə yönəldir.
İlqar Altay










































