
Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Vəkillər Kollegiyası və Parlament arasında imzalanan əməkdaşlıq Memorandumuna uyğun olaraq, vətəndaşlar üçün növbəti dəfə ödənişsiz hüquqi yardım tədbiri 33 saylı Xətai seçki dairəsində keçirilib.
Newscenter.az xəbər verir ki, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc fəaliyyət istiqamətlərinə uyğun olaraq görüşdə bir neçə xüsusi məsələnin həllinə dair fikirlər səsləndirib. Tədbirdə şəhid ailələrinin mənzillə təminatına dair, o cümlədən, Kənd Əhmədli ərazisində yaşayan bir çox vətəndaşın əmlaklarının qeydiyyatı problemi, məhkəmə qərarlarının icrası ilə bağlı, həmçinin, dövlər orqanlarına müraciətlərin vaxtında cavablandırılması, bir sıra ərazilərdə vətəndaşların sayğac problemlərinin həlli, dövlət qurumları arasında məsuliyyət bölgüsü, ekoloji və sanitar çətinliklərlə əlaqədar məsələlər, məhkəmə baxışında olan işlərin diqqətdə saxlanılması və s. çoxsaylı məsələlər qaldırıldı.

Zahid Oruc və vəkillər problemlərə həssaslıqla yanaşaraq, geniş izahatlar verdilər, məsələlərin həlli üçün kömək göstərəcəklərini bildirdilər. Vətəşdalar Milli Məclis və Kollegiyaya təşəkkürlərini çatdırdılar, daha böyük tərkibdə Xətai rayonu ərazisində növbəti görüş üçün əvvəlcədən müvafiq elanın verilməsi qərara alındı.
Görüşdə Xətai rayonu.icra hakimiyyətinin məsul nümayəndəsi,həmçinin Milli Məclisin sektor müdiri iştirak edirdilər..
Süleyman











































