
Diaspor Fəaliyyətinə Jirnaliatlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri, Diaspornews.az saytının baş redaktoru Fuad Hüseynzadə Birləşmiş Ərəb Əmirliklərinin Media Hub İnternational təşkilatı tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Newscenter.az xəbər verir ki, bu haqda Fuad Hüseynzadə özünün sosial şəbəkə profilində paylaşım edib:
“DFJD-nın nəzdindəki Digital Media Center üzərindən çoxşaxəli beynəlxalq media əməkdaşlığımız genişlənir və qiymətləndirilir. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Media Hub İnternational təşkilatı tərəfindən Diaspornews.az saytı təltif edilib”.
Xatırladaq ki, Fuad Hüseynzadə 22-24 oktyabr 2025-ci il tarixlərində Türkmənistanda keçirilən 30-cu Dünya Neft və Qaz Zirvəsi OGT zamanı səmərəli media dəstəyinə görə bu təltifə layiq görülüb.
Süleyman










































