Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyata start verilir

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyata start verilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi üzrə qeydiyyat başlayır.

Newscenter.az xəbər verir ki. oktyabrın 29-dan başlayan qeydiyyat prosesi noyabrın 4-ü saat 17:00-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatdan 29 avqust 2025-ci il tarixində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 40-60 bal aralığında nəticə göstərmiş namizədlər keçə bilərlər.

Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.

Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin olunacaqlar.

Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməsi mütləqdir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş