Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra hakimiyyəti sistemi ləğv olunmalıdır

İcra hakimiyyəti sistemi ləğv olunmalıdır


Ölkədə icra hakimiyyəti sistemi ləğv olunmalı və yerli özünü idarəetmə sisteminə keçilməlidir .Bir neçə ildir ki, icra başçıları həbs edilir. Amma, müsbətə doğru dəyişən bir proses baş vermir. Ölkədə bütün sahələrdə islahatlar lazımdır. Bunun üçün ilkin olaraq Konustitusiya dəyişikliyinə gedilməlidir.
Rusiya bağlı "5-ci kolunun" neytrallaşdırlması həyata keçirilir. Bu proses ölkədə fundamental islahatlara yol açmalıdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Cənab prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi nizam yaradıb. Regionda qlobal təhlükəsizliyə və siyasi nizama töhfə verəcək proseslər həyata keçirib. Azərbaycan kifayət qədər beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Rusiya və İranın təzyiqləri kifayət qədər neytrallaşdırılıb. Xarici siyasətdə Azərbaycan uğurlu bir siyasət qurub. Artıq, ölkədə sosial və iqtisadi islahatlar keçirilməlidir. Əhalinin bütün sahələrdə rifahı təmin edilməlidir.

Məhəmməd Əsədullazadə
Xəbəri paylaş