Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirəcək

Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirəcək


Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu məqsədlə Finlandiya Rusiya ilə sərhədə quru qoşunlarından ibarət 15 min hərbiçi yerləşdirəcək. Prosesə noyabrın sonundan başlanacaq. Manevrlərin bəzi mərhələləri Rusiya sərhədi yaxınlığında baş tutacaq, Məlumatı Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidməti də təsdiq edib.

"Quru qoşunları dekabrda ehtiyata göndərilməsi planlaşdırılan minlərlə çağırışçını bir sıra təlimlərə cəlb edəcək. Təlimdə ehtiyatda olan hərbçilər və müttəfiqlər də iştirak edəcək. Təlimlər bütün Finlandiya ərazisi üzrə keçiriləcək", -deyə məlumatda bildirilir.

Ölkənin cənubunda keçiriləcək hərbi təlimlərdə isə 6500-dən çox hərbçi iştirak edəcək. Konkret olaraq paytaxt bölgəsində və Rusiya sərhədinə yaxın yerləşən Kymenlaakso bölgəsində hərbi fəaliyyətlər aparılacaq. Təlimlərdə 900-ə yaxın texnikanın istifadəsi planlaşdırılır. Manevrlərdə Finlandiya hərbçiləri ilə yanaşı, İsveç və Böyük Britaniya silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

Anar Əliyev
Xəbəri paylaş