Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib

Ağsuda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib


Ağsu şəhərində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə, Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Fərid Əhmədov, Ağsu Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Vüqar Hüseynov və İH-nin məsul əməkdaşları, vəkillər və yerli təsisatların nümayəndələri iştirak ediblər.
Tədbirdə vətəndaşların şikayət və müraciətləri dinlənilib, ehtiyacı olanlara hüquqi yardım göstərilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Həmin Sərəncamdan irəli gələrək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq ölkə üzrə pulsuz hüquqi yardım aksiyaları keçirilir.

Süleyman
Xəbəri paylaş