Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusları toqquşub, yaralılar var

Türkiyədə sərnişin avtobusları toqquşub, yaralılar var


Türkiyədə sərnişin avtobuslarının iştirakı ilə yol qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tokat vilayətində qeydə alınıb.

Tokatın Niksar rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla digər bir mikroavtobus toqquşub. Qəza nəticəsində 10 nəfər yaralanıb. Onlar dərhal yaxınlıqdakı Niksar Dövlət Xəstəxanasına aparılıblar.

Məlumat alındıqdan sonra hadisə yerinə səhiyyə, jandarma qrupları cəlb edilib.

Anar Əliyev
Xəbəri paylaş