Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TİKA rəhbəri Hikmət Hacıyevlə görüşüb

TİKA rəhbəri Hikmət Hacıyevlə görüşüb


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Ereni Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Abdullah Eren özünün sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, görüşdə iki dost-qardaş ölkə arasında mövcud münasibətlər, bu münasibətlərin gələcək perspektivləri ətrafında fikir nübadiləsi aparılıb.

Görüşdə TİKA-nın yaxın gələcəkdə Azərbaycanda həyata keçirməyi nəzərdə tutduğu layihələr ətrafında da söhbət aparılıb.

Süleyman
Xəbəri paylaş