
Avropa İttifaqı uzunmüddətli problemlərlə üzləşəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Avropa İttifaqı dondurulmuş Rusiya aktivləri mənimsəməyə çalışarsa, qurum problemlə üzləşər:
“Biz bir daha Avropa İttifaqını Rusiyanın suveren aktivlərinin oğurlanmasına qarşı xəbərdar edirik. Əks halda Avropa İttifaqı çox ciddi uzunmüddətli problemlərlə nəticələnəcək”.
Zaxarovanın qeyd etdiyinə görə, Qərb Rusiyanın dövlət ehtiyatlarının oğurlanmasının cavabsız qalmayacağını başa düşür.
Anar Əliyev











































