Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiyada quraqlıq riskini azaltmaq üçün 250 milyon dollar ayrılıb

Mərkəzi Asiyada quraqlıq riskini azaltmaq üçün 250 milyon dollar ayrılıb


Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankının (AİB) "Buzlaqlardan Fermerlərə" proqramı üçün 250 milyon dollar ayırıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə AİB-in mətbuat xidməti məlumat verib.

Vəsaitlər əsasən qrant şəklində təmin ediləcək və AİB-in növbəti onillikdə 3,25 milyard dollarlıq investisiya proqramı çərçivəsində həyata keçiriləcək.

Layihələr səmərəli suvarma, su anbarlarının tikintisi və su hövzələrinin idarə olunmasının təkmilləşdirilməsinə yönələcək və quraqlıq və daşqın riskini azaltmağa kömək edəcək.

Proqram ümumilikdə, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Bu ölkələr kənd təsərrüfatı, su təchizatı və enerji üçün buzlaq sularından asılıdır.

Proqram həmçinin su çatışmazlığı və isti hava dalğalarından təsirlənən insanlar üçün sosial müdafiə və səhiyyə yardımı proqramlarını dəstəkləyəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş