Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimlər kariyesə qarşı qorunmağın sadə yolunu tapıblar

Alimlər kariyesə qarşı qorunmağın sadə yolunu tapıblar


Kaliforniya Universitetinin alimləri dişlərin kariyesə qarşı qorunmasını gücləndirməyin sadə yollarından birini müəyyən ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə alimlərin araşdırmaları əsasında Gazeta.Ru məlumat paylaşıb.

Məlum olub ki, bir stəkan adi su bir saat ərzində ağız boşluğunun təbii müdafiə mexanizmini aktivləşdirir.

Təcrübədə profilaktik diş müayinələrindən keçən 5-10 yaş arası 105 uşaq iştirak edib. İlkin tüpürcək analizindən sonra uşaqlar üç qrupa bölünüb: birinci qrupa 500 millilitr su, ikinci qrupa 200 millilitr alma şirəsi verilib. Üçüncü qrupa isə nəzarət qrupu kimi xidmət göstərilib. 45-60 dəqiqədən sonra tədqiqatçılar tüpürcək nümunələrini yenidən toplayaraq yeddi əsas parametr üzrə təhlil ediblər.

Məlum olub ki, su içən uşaqlarda tüpürcək turşuluğu və diş minasını məhv edən fermentlərin səviyyəsi daha aşağıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş