Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi komissarlıqda atışma olub, yaralılar var

Hərbi komissarlıqda atışma olub, yaralılar var


Ukraynada fərarilik və ordudan yayınma halları artmaqdadır. Müntəzəm olaraq paytaxt Kiyev və digər iri şəhərlərdə keçirilən reydlər və hərbi xidmət yaşı olan, lakin xidmətdən yayınan gənclərin saxlanılaraq hərbi komissarlıqlara aparılması çağırış məntəqəsində ciddi fəsadlara yol açır.

Newscenter.az TASS-a istinadən bildirir ki, belə problemlərdən biri Ukraynanın Poltava vilayətində qeydə alınıb.

Məlumata görə, Ukraynanın Poltava vilayətində yerləşən Kremençuk şəhərindəki hərbi komissarlıqda atışma olub. Atışma nəticəsində komissarlıq olan bir neçə nəfər yaralanıb.

Hələlik hadisənin təfərrüatları açıqlanmasa da, bildirilir ki, atışma saxlanılaraq komissarlığa gətirilən gənclə çağırış məntəqəsinin əməkdaşı arasında olub.

Mehman Mehdiyev
Xəbəri paylaş