
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresi çərçivəsində İndoneziyanın Audit Şurasının nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, görüşdə qurumlar arasında dövlət auditi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimindən sonra tərəflər Memorandumun icrası ilə bağlı əməkdaşlıq istiqamətləri və gələcək birgə fəaliyyət planlarını müzakirə ediblər.
İndoneziyanın Audit Şurasının sədri İsma Yatun əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb və V.Gülməmmədovu İndoneziyanın paytaxtı Cakartaya rəsmi səfərə dəvət edib.
İndoneziyanın Audit Şurası INTOSAI Konqresinin növbəti ev sahibi seçilib və 2028-2031-ci illər üzrə təşkilata sədrlik etmək səlahiyyəti qazanıb.
Süleyman











































