Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab prezidentin etimadını doğrultmaq lazımdır

Cənab prezidentin etimadını doğrultmaq lazımdır


"İstər sabiq PA rəhbəri Ramiz Mehdiyev ətrafında baş verənlər, istərsə də Balakən rayon icra hakimiyyətində aparılan yoxlama və aşkar edilən çoxsaylı nöqsanlar onu deməyə əsas verir ki, bir sıra məmurlar zaman-zaman bu istiqamətdə atılan addımlar və həyata keçirilən həbslərdən nəticə çıxarmayaraq öz qanunsuz əməllərini davam etdirirlər. Həmin məmurlar Cənab Prezidentin onlara verdiyi tapşırıq və tövsiyələrə məhəl qoymayaraq xalqın xidmətçisi deyil, onun qəniminə çevrilirlər".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O qeyd edib ki, həmin məmurlar öz yarıtmaz fəaliyyətləri ilə yerlərdə əhali üçün çoxsaylı problemlər yaradır, insanları vətəndaşları incidir, onların problemlərinin həllinə laqeyd münasibət bəsləyirlər:

"Bəlkə də bunu planlı şəkildə, hansısa qüvvənin sifarişi əsasında həyata keçirirlər. Məqsəd də aydındır, yerlərdə sosial partlayışa yol açmaq, xalqı dövlətə, onun prezidentinə qarşı qaldırmaq. Bu arada onu da qeyd edim ki, yayılan məlumatlara görə, Balakən rayon icra hakimiyyətinin keçmiş başçısının rayonlardan birində Ramiz Mehdiyevlə bağ qonşusu olduğu barədə məlumatlar da yayılıb. Deməli hər şey aydındır".

Arzuman Muradlı bildirib ki, vəzifəsindən sui-istifadə edən, Cənab Prezidentin dediyi kimi xalqın xidmətçisi olmayan, vətəndaşları incidən məmurlar son proseslərdən ciddi nəticə çıxarmalıdırlar:

"Əks təqdirdə onların da aqibəti digərləri kimi olacaq. Cənab prezidentin etimadını doğrultmaq lazımdır".

Süleyman
Xəbəri paylaş