Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp yeraltı nüvə sınaqları ilə bağlı qərarını açıqlayıb

Tramp yeraltı nüvə sınaqları ilə bağlı qərarını açıqlayıb


Ağ Evin prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin yeraltı nüvə sınaqlarını bərpa etmək qərarına gəlib-gəlməməsi tezliklə bəlli olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ prezidenti Reuters agentliyinə müsahibəsində belə deyib.

"Çox tezliklə öyrənəcəksiniz. Amma biz bəzi sınaqlar aparacağıq. Başqa ölkələr bunu edir. Əgər onlar bunu edirlərsə, biz də bunu edəcəyik", - Ağ Ev rəhbəri əlavə edib.

Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun daha əvvəl dediyi kimi, Trampın Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək göstərişi verdiyi barədə açıqlaması dəqiqləşdirmə tələb edir.

Mehman Mehdiyev
Xəbəri paylaş