
2026-cı ildə Ukraynada elektrik enerjisi kəsiri 3% təşkil edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Bankı məlumat verib.
Məlumata görə, 2025-ci ilin dördüncü rübündə və 2026-cı ilin birinci rübündə iqtisadiyyat daha çox elektrik enerjisi kəsiri şəraitində fəaliyyət göstərəcək və elektrik enerjisi kəsirinin təxmini ildə orta hesabla 3%-ə qədər artacağı proqnozlaşdırılır.
Bundan əlavə, qaz idxalına dair tələblərə də yenidən baxılıb. Maliyyə tənzimləyicisinin hesablamalarına görə, qaz idxalının 2025-ci ildə 6 milyard, 2026-cı ildə 5 milyard, 2027-ci ildə isə 3 milyard kubmetrə çatacağı gözlənilir.
Mehman Mehdiyev











































