Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçiriləcək

Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçiriləcək


Sabah Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 keçiriləcək.

Newscenter.az xəbər verir ki. forum Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutacaq. Tədbirdə 50 ölkədən 3000-dən çox gənc sahibkarın, ümumilikdə isə 5000-dən artıq şəxsin iştirakı gözlənilir.

Forumun iştirakçıları sırasına gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Enes Eminoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdulah Eren, Gənc MÜSİAD prezidenti Mağsum Usta daxildir.

Forum çərçivəsində, B2B görüşlər, regional ticarət və investisiya imkanları, startap ekosistemi və elektron ticarət, texnologiya transferi, universitet–sənaye əməkdaşlığı və digər aktual mövzular müzakirə olunacaq.

Süleyman
Xəbəri paylaş