Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimiz hər zaman əlilliyi olan şəxslərə dəstəyi prioritet istiqamətlərdən biri hesab edib

Dövlətimiz hər zaman əlilliyi olan şəxslərə dəstəyi prioritet istiqamətlərdən biri hesab edib


"Hər bir insanın cəmiyyətə qatacağı dəyər var və bu dəyər məhdudiyyətlə ölçülmür. Əlilliyi olan şəxslər həyatın müxtəlif sahələrində öz istedadları, biliyi və zəhmətləri ilə böyük nailiyyətlər qazanır, əzm və iradənin simvoluna çevrilirlər. Dünyada bunun örnəkləri kifayət qədərdir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Günay Ağamalı deyib. O bildirib ki, dövlətimiz hər zaman əlilliyi olan şəxslərə dəstəyi prioritet istiqamətlərdən biri hesab edib:

"Ölkəmizdə həyata keçirilən sosial islahatlar, inkluziv təhsil mühiti, reabilitasiya xidmətlərinin genişləndirilməsi onların həyatda daha fəal iştirakına imkan verir.
Bütün əlilliyi olan vətəndaşlarımıza sağlamlıq, güc, iradə və uğurlar diləyirəm. Sizin həyat hekayəniz bir çoxlarına motivasiya, cəmiyyətimizə isə qürur verir".

Süleyman
Xəbəri paylaş