Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran tam qələbə qazanmadı

İran tam qələbə qazanmadı


İran və Birləşmiş Ştatlar arasında geridə qalan müharibə səhifəsi görüntü etibarilə hələ çox müzakirələrə mövzu olacaq. Məsələ deyilən sözlər yox, alınan nəticənin keyfiyyətidir.
Müharibənin iki tərəfi olduğu kimi, bu kontekstdə edilən şərhlərin də əsasən iki istiqaməti mövcuddur. Bir qanad hərbi nəticələrə fokuslanıb Birləşmiş Ştatların qələbəsini önə çəkir, digər qrup isə İranın psixoloji və sahəvi üstünlüyünü önə çəkərək Tehranı şərtsiz qalib elan edir.
Reallıq ondan ibarətdir ki, Trampın da tez-tez qeyd etdiyi qələbə nidası, yəni hərbi nəticələr göründüyü kimi möhtəşəm bir zəhər tablosu deyil. Düzdür, İranın dəniz donanması, HHM sistemləri, aviasiyası demək olar ki, məhv edildi. Bu özlüyündə bərpa edilməsi çətin və ciddi hərbi uğurdur. Lakin cənub qonşumuzun silah arsenalı onsuzda yox kimi bir şey idi. Sistemlərin mütləq əksəriyyəti şah dövründən qalma və birazda tərsinə mühəndisliklə istehsal edilmiş sistemlərdən ibarət idi. Ən əsası bu illər ərzində İranı əsas dəstəkləyən güclər olan Rusiya və Çin birinciyə müasir silahların satışına isti yanaşmayıb. Bunun ayrıca subyektiv səbəbləri mövcuddur. Bir sözlə iranlı hərbiçilərin istəkləri ilə məsələyə yanaşsaq ABŞ onları böyük bir yükdən qurtardı. İndi zərurətdən yeni texnoloji silahlar əldə olunmalıdır.
Təbii ki, Tehranın potensialından danışarkən ballistik raket texnologiyasını kənar tutmaq mütləqdir. Onlar bu işdə kifayət qədər məsafə qət ediblər və istedadlıdırlar.
ABŞ mövcud şərtləri nəzərə alarsaq sadəcə oxşar situasiya kimi Rusiyanın aqibətini yaşamamaq üçün belə şərtlərə isti yanaşdı. Vaşinqton Yaxın Şərqdə ciddi nüfuz itirdi, İran isə özünün çəkindiriciliyini artırdı.
İran da tam qələbə qazanmadı. ABŞ-la müəyyən mənada yaxınlaşma hesab edirəm ki, cənub qonşumuz da bəlli bir zamandan sonra ciddi dəyişikliklərə zəmin yaradacaq. Çünki İran gəncliyi Qərb standartlarını yaşamaq istəyir və mövcud rejim reformlara getməsə yenidən vəziyyət qarışacaq. Ancaq hesab edirəm ki, yeni dini liderlə İran köklü dəyişikliklərə gedəcək. Yəni, sistem maket olaraq qalacaq, amma reallıq isə fərqli olacaq. Sadəcə zaman məsələsi var.

Siyasi şərhçi Pərviz Mirizadə
Xəbəri paylaş