
Çiçəklənən Ermənistan Partiyası Konstitusiya Məhkəməsinə 7 iyun parlament seçkilərinin nəticələrinin ləğv edilməsini və Mərkəzi Seçki Komissiyasının nəticələri ləğv etdiyi üç seçki məntəqəsi də daxil olmaqla təkrar səsvermənin keçirilməsini tələb edən iddia qaldırıb.
Newscenter.az TASS-a istinasən bildirir ki, bu barədə vəkil Aram Orbelyan bildirib.
"Biz seçkilərin etibarsız elan edilməsini tələb etdik. İlk növbədə, seçki nəticələrinin tamamilə etibarsız elan edilməsini istəyirik. Çünki pozuntular çoxsaylı idi, inzibati resurslardan istifadə çox böyük idi və müdaxilə Vətəndaş Müqaviləsi Partiyasının xeyrinə idi",-deyə o vurğulayıb.
Müxalifətdəki Çiçəklənən Ermənistan Partiyasının sözçüsü İveta Tonoyan isə deyib ki, xalqın səsvermə hüququnun həyata keçirilməsini təmin etmək üçün bütün qanuni vasitələrlə mübarizə aparacaqlar:
"Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvəmiz ədalət uğrunda mübarizə aparmaq niyyətindədir".
Şeyda












































