Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aviabiletlərin baha olması turist səfərlərinə mənfi təsir göstərir

Aviabiletlərin baha olması turist səfərlərinə mənfi təsir göstərir


"Aviabiletlərin qiymətlərinin həddən artıq baha olması ölkəyə turist axınına mənfi təsir göstərən amillərdəndir. Hesab edirəm ki, hava yolu şirkətləri aviabiletlərin qiymətinin əlçatan olmasına şərait yaratmalıdırlar".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov səsləndirib. Millət vəkili bildirib ki, istənilən turist bir ölkəyə səfər edərkən aviabiletin ucuz və ya baha olmasına əsas diqqət yetirir:

"Əgər aviabiletlərin qiyməti ucuz olarsa, o halda ölkəyə turist səfərlərinin sayının artmasına nail ola bilərik. Ölkəyə səfər edən turistlərin sayının artması təkcə statistik göstəricilərə təsir etmir. Bu həm də ölkəyə xarici valyutanın daxil olması, iqtisadi inkişafa təkan verən əsas amildir. Ölkəyə səfər edən turistlərin sayının artması həm də əlavə iş yerlərinin açılması deməkdir. Hesab edirəm ki, bu məqamlara diqqəət yetirmək lazımdır ki, aviabiletlərin qiyməti hər kəs üçün əlçatan olsun".

Süleyman
Xəbəri paylaş