Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclis “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclis “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib


İyunun 19-da Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Newscenter.az xəbər verir ki, 2025-ci il üzrə icmal büdcənin gəlirləri 48 milyard manat, xərcləri 44,7 milyard manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, dövlət büdcəsinin xərcləri 38,6 milyard manat, dövlət büdcəsi profisiti 580 milyon manat təşkil edib.

Qanun layihəsinə əsasən, hesabat dövründə sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 39,5 faizi həcmində və ya 15,3 milyard manat, müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,9 faizi həcmində və ya 8,1 milyard manat, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi xərclərinin 28,9 faizi və ya 11,2 milyard manat vəsait sərf olunub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün hesabat dövründə dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Süleyman
Xəbəri paylaş