Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda daha bir partiya seçki nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib

Ermənistanda daha bir partiya seçki nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət edib


Keçmiş Ermənistan Ombudsmanı Arman Tatoyanın rəhbərlik etdiyi "Birlik Qanadları" müxalifət partiyası 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, müxalifət partiyasının nümayəndəsi Liparit Drmeyan Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edib.

O xatırladıb ki, partiya əvvəlcə son seçkilərin nəticələrini tanımadığını bildirib və buna əsasən mövqeyini müdafiə etmək üçün bir sıra hüquqi addımlar atıb.

"Bu gün biz Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edərək çoxsaylı pozuntularla müşayiət olunan və vətəndaşların iradəsinin sərbəst ifadəsinə təsir göstərən seçki nəticələrinin etibarsız hesab edilməsini tələb etdik", - deyə Drmeyan bildirib.

Arzu
Xəbəri paylaş