Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan parlamentinin keçmiş üzvü həbs edilib

Ermənistan parlamentinin keçmiş üzvü həbs edilib


Ermənistan parlamentinin keçmiş üzvü Ruben Akopyan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Akopyan özünün Facebook sosial şəbəkə hesabında yazıb:

"Onlar məni indi saxlamağa gəliblər",-deyə Akopyan bildirib.

Ermənistan İstintaq Komitəsi onun hansı iş üzrə saxlanıldığına aydınlıq gətirməyib.

Qeyd edək ki, 2000-ci ildən 2008-ci ilə qədər Akopyan Ermənistanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsində çalışıb. 6 may 2012-ci ildə müxalifətdəki İrs Partiyasının üzvü kimi Ermənistan parlamentinə seçilib və 2015-ci ildə siyasi partiyadan ayrıldığını elan edərək partiyanın lideri vəzifəsindən istefa verib.

Şeyda
Xəbəri paylaş