
Polşa vətəndaşlarının əksəriyyəti hesab edir ki, Vladimir Zelenski bu ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edilməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu, United Surveys tədqiqat mərkəzinin Wirtualna Polska portalı üçün keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
Sorğuya görə, respondentlərin 51,2%-i Zelenskinin Polşa ordeninin ləğv edilməli olduğunu bildirir Respondentlərin 35,5%-i əks fikirdə olduğunu deyib. Rəyi soruşulanların 13,3%-i isə bu məsələ ilə bağlı heç bir fikri olmadığını etiraf edib.
Qeyd edək ki, Polşa prezidenti Karol Navrotski 26 mayda Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin "Şimal" adlı Ayrı-ayrı Xüsusi Əməliyyat Mərkəzini "UPA Qəhrəmanları" adlandırdıqdan sonra Zelenskinin Ağ Qartal ordenindən məhrum edilməsini təklif etmişdi. Bu Qəhrəmanlar Polşada 1943-cü ildə Volında 100 mindən çox Polşa vətəndaşının qətlində məsul hesab edilən cinayətkarlar hesab olunurlar.
Ukrayna prezidentinə Polşa ordenini ölkənin sabiq prezidenti Andjey Duda (2015-2025) təqdim edib.
Arzu













































