Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib

Deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib



Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında sakinlərlə görüş keçirib.

Newscenter az xəbər verir ki, qəbul zamanı sakinlər tərəfindən məşğulluq imkanlarının artırılması, sosial rifahın yaxşılaşdırılması, eləcə də sənədsiz yaşayış evləri ilə bağlı mövcud problemlərin həlli istiqamətində müraciət və təkliflər səsləndirilib.

Deputat Azər Allahverənov vətəndaşların müraciətlərini dinləyərək bildirib ki, hər bir məsələ diqqətlə araşdırılacaq və aidiyyəti qurumlar qarşısında qaldırılacaq. O qeyd edib ki, sakinlərin üzləşdiyi problemlərin həlli ilə bağlı müvafiq addımların atılması üçün müraciətlər nəzarətdə saxlanılacaq.


Süleyman
Xəbəri paylaş