
Qətərin əsas mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinin yerləşdiyi Dohanın şimal-şərqindəki Ras Laffan sənaye zonasında bir zavodda partlayış baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Əmirliyin Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, ilkin məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Lakin təhlükəli maddələrin kənara sızması olmayıb.
Partlayışın zərbəsi güclü olduğundan Qətər paytaxtının bir neçə rayonunda zəlzələyə bənzər təkanlar hiss edilib.
Binalarda pəncərələr və qapılar titrəyib.
Arzu












































