
İyunun 21-də Bakıda dünyanın tanınmış kruiz səyahət platformalarından biri olan İnCruises şirkətinin müstəqil tərəfdaşı Lalə Novruzovanın təşkilatçılığı ilə xüsusi görüş keçirilib. Tədbirdə şirkətin Qazaxıstandan gələn beynəlxalq rəhbər heyətinin nümayəndələri, biznes tərəfdaşları və səyahət həvəskarları iştirak ediblər.
Newscenter az xəbər verir ki, görüşü açan İnCruises şirkətinin müstəqil tərəfdaşı, Around Business Groups-un Korporativ satış meneceri və “Hello Sweetie” şirkətinin rəhbəri Məryəm Çelik tədbirin məqsədi barədə məlumat verib. O bildirib ki, görüşün əsas məqsədi İnCruises platformasının təqdimatı, beynəlxalq təcrübənin bölüşdürülməsi və Azərbaycanda səyahət biznesi ilə maraqlanan şəxslərin yeni imkanlarla tanış edilməsidir.
Məryəm Çelik tədbir iştirakçılarına xüsusi qonaqları təqdim edərək onların İnCruises ailəsinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Qonaqlardan İnCruises şirkətinin Qazaxıstan üzrə Baş Marketinq Direktoru Kayrat Anarbekov çıxışında şirkətin marketinq strategiyası, rəqəmsal imkanları və tərəfdaşlar üçün yaradılan üstünlüklər barədə danışıb. O bildirib ki, İnCruises müasir texnologiyalar və innovativ həllər vasitəsilə üzvlərinə həm səyahət etməyə, həm də əlavə gəlir əldə etməyə şərait yaradır.
“Bu sistem insanların yalnız dünya ölkələrini gəzməsinə deyil, eyni zamanda öz bizneslərini quraraq maliyyə azadlığına doğru addım atmasına imkan verir. İnCruises modeli sadə, şəffaf və hər kəs üçün əlçatandır”, – deyə Kayrat Anarbekov vurğulayıb.
İnCruises şirkətinin Qazaxıstan üzrə Beynəlxalq direktoru Uljan Junusova öz çıxışında şirkətin müxtəlif ölkələrdə qazandığı uğurlardan bəhs edib. O, Azərbaycanın sürətlə inkişaf edən bazarlardan biri olduğunu vurğulayaraq yerli tərəfdaşların aktiv fəaliyyətini yüksək qiymətləndirib.
“Azərbaycanlı tərəfdaşların enerjisi və motivasiyası diqqətimizi cəlb edir. Burada böyük inkişaf potensialı görürük və gələcəkdə daha geniş layihələrin həyata keçirilməsini planlaşdırırıq”, – deyə Uljan Junusova qeyd edib.
İnCruises şirkətinin Qazaxıstan üzrə Şura direktoru Dana Koblan isə çıxışında İnCruises-in qlobal miqyasda əldə etdiyi uğurlardan danışıb. O qeyd edib ki, şirkət dünyanın müxtəlif ölkələrindən minlərlə insanı bir platformada birləşdirərək onlara həm sərfəli səyahət, həm də biznes qurmaq imkanları yaradır.
“İnCruises insanların arzularını reallaşdıran beynəlxalq bir platformadır. Biz inanırıq ki, səyahət hər kəs üçün əlçatan olmalıdır və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”, – deyə Dana Koblan bildirib.
Tədbir zamanı iştirakçılara İnCruises klubunun fəaliyyəti, üzvlük üstünlükləri və biznes imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma səyahət həvəskarlarına daha sərfəli şərtlərlə dünya səyahətlərinə çıxmaq, eyni zamanda bu sistemi başqalarına tövsiyə etməklə gəlir əldə etmək imkanı yaradır. Tərəfdaşlar klubun qlobal sistemindən yararlanaraq kruiz turları təşkil edə, beynəlxalq komanda qura və öz bizneslərini inkişaf etdirə bilərlər.
Görüş iştirakçıların suallarının cavablandırılması, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.
Xatırladaq ki, kruiz səyahəti etmək istəyənlər İnCruises şirkətinin müstəqil tərəfdaşı Lalə Novruzovanın (+994 50 665 28 65) aşağıdakı “Youtube” səhifəsindən əlavə məlumat əldə edə bilər:
https://www.youtube.com/@incruises_lala
Arzu











































