
ABŞ prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corciya Melonini ölkəsinin İranla münaqişədə ABŞ-ı dəstəkləməməsinə görə yenidən tənqid edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb:
"NATO-ya trilyonlarla dollar xərclədikdən sonra İtaliya və onun Baş naziri İran İslam Respublikası və onun çox ciddi nüvə təhdidi ilə qarşılaşmağı belə düşünmürlər. Biz onları onilliklər boyu qoruduq, amma məsələyə gəldikdə, onlar nə bizi, nə də dünyanı qorudular. Bu, yaxşı deyil!",-deyə ABŞ prezidenti qeyd edib.
Tramp əvvəllər ABŞ-ın Avropa müttəfiqlərini, o cümlədən İtaliyanı İranla münaqişədə Vaşinqtona kömək etməkdə tərəddüd etməkdə günahlandırmışdı . O, həmçinin iddia edirdi ki, Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində onunla şəkil çəkdirməsini xahiş edib. Trampın sözlərinə görə, o, bunu etməklə öz reytinqini artırmağa ümid edirdi. Meloni isə Trampın açıqlamalarını tamamilə uydurma adlandırıb. O, həmçinin Trampa populyarlığını nəzərə almağı məsləhət görüb.
Aygün












































