Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meloninin reytinqi Trampla yaşadığı problemdən sonra 2 faiz artıb

Meloninin reytinqi Trampla yaşadığı problemdən sonra 2 faiz artıb




ABŞ prezidenti Donald Trampın İtaliyanın Baş naziri Ceorciya Meloniyə qarşı hücumları onun reytinqinin 2 bal artmasına səbəb olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, Adnkronos ictimai rəy araşdırması və sorğu institutu olan Demopolis İnstitutunun məlumatlarında belə bildirilir.

Məlumata görə, Meloninin reytinqi may ayında 38%-dən son 48 saat ərzində 40%-ə yüksəlib. Bu arada, Demopolisin məlumatına görə, Trampın italyanlar arasında reytinqi Ağ Evdə olduğu 18 ay ərzində 42%-dən 11%-ə düşüb.

Qeyd edək ki, Amerika lideri İtaliyanın baş nazirini nankorluqda və Yeddilik Qrupu (G7) sammitində onunla şəkil çəkdirərək reytinqini artırmaq cəhdlərində günahlandırıb. Meloni isə qeyd edib ki, Trampla dostluğu onun populyarlığına töhfə verməyib.

Arzu
Xəbəri paylaş