Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkmənistan prezidentinin ölkəmizə səfəri geosiyasi və iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir

Türkmənistan prezidentinin ölkəmizə səfəri geosiyasi və iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir


"Türkmənistan Respublikasının prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri istər geosiyasi, istərsə də iqtisadi cəhətdən olduqca əhəmiyyətli və faydalı xarakter daşıyır. Düşünürəm ki, bu səfərdə müzakirə olunan məsələlər sadəcə iki dövlətin deyil, eyni zamanda bütün türk dövlətlərinin, bir sıra Avropa ölkələrinin və şərqlə qərb arasında ticarət əlaqələrinin təhlükəsiz işləməsində maraqlı olan bütün dövlətlərin mənafeyinə xidmət edir. Heç şübhəsiz ki, ikitərəfli görüşün təşəbbüskarı kimi çıxış edən Azərbaycan və onun prezidenti cənab İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu önəmli mövqeni bir daha sərgiləmiş oldu".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, görüş nə üçün böyük əhəmiyyət daşıyır və bu səfərə önəm verən məqamlar hansılardır?

"Birincisi, Türkmənistan Türk Dövlətləri Təşkilatının işində müşahidəçi üzv kimi iştirak edir və bu ölkənin ümumtürk ideologiyasına bağlı ölkələrin birgə layihələrində və siyasətində daha çox iştirakına ehtiyac vardır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının aparıcı dövlətlərindən biri olan Azərbaycan Türkmənistanla səmimi və etibarlı münasibətlərin qurulması istiqamətində əhəmiyyətli təcrübə yaratmış oldu. Ölkə prezidentlərinin Qarabağa səfəri və daha çox qeyri-rəsmi tədbir və görüşlər keçirməsi də məhz isti münasibətlərin qurulmasına xidmət edən faktorlardır.

İkincisi, Rusiya-Ukrayna, ABŞ, İsrail-İran müharibələrinin dünya karbohidrogen bazarında yaratmış olduğu qeyri stabil durum Avropa ölkələrini əlavə təhcizatçı ölkə axtarmağa məcbur edir. Bu cür təhcizatçı ölkələrdən biri də böyük karbohidrogen ehtiyatlarına malik olan Türkmənistan ola bilər. Türkmənistanın Avropa institutları və dövlətləri ilə məsafəli və ehtiyatlı münasibətlərini nəzərə alsaq, bu əlaqələrin qurulmasında körpü rolunu məhz Azərbaycan oynaya bilər. Nəzərə alsaq ki, Azərbaycandan Avropaya karbohidrogen məhsullarını daşıya biləcək infrastruktur mövcuddur, o zaman Türkmənistanın da geoiqtisadi layihələrdə iştirakını təmin etmək olduqca realdlr.

Üçüncü faktor isə yenə də müharibələrin yaratmış olduğu qeyri stabil və təhlükəli nəqliyyat dəhlizlərindən yan keçməklə qurulan və artıq effektiv fəaliyyət göstərən Orta Dəhliz nəqliyyat marşrutunun daha da şaxələndirilməsidir. Türkmənistanın qeyd olunan layihələrdə fəal iştirak etməsi bu ölkənin beynəlxalq nüfuzuna olduqca müsbət təsir göstərə bilər".

Elçin Ağamalı qeyd edib ki, cənab İlham Əliyevin təşəbbüsü və öndərliyi ilə həyata keçiriləcək bu layihələr istər türk dövlətləri arasındakı əməkdaşlığa və birliyə, istərsə də ümumən postsovet məkanında yerləşən dövlətlərin beynəlxalq siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Süleyman
Xəbəri paylaş