Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənd və Bişkek 2030-cu ilə qədər ticarəti ikiqat artırmağı planlaşdırır

Daşkənd və Bişkek 2030-cu ilə qədər ticarəti ikiqat artırmağı planlaşdırır


Özbəkistan və Qırğızıstan 2030-cu ilə qədər ticarət həcmini 2 milyard dollara çatdırmağı hədəfləyirlər.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev bildirib.

O, bu açıqlamanı Çolpon-Atada keçirilən Qırğızıstan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında verib.

Kasımalıyevin sözlərinə görə, 2025-ci ilin sonuna qədər iki ölkə arasında ticarət həcmi 2024-cü illə müqayisədə 19% artaraq 1 milyard dolları keçib.

Tərəflər Qırğızıstan-Özbəkistan İnkişaf Fondunun fəaliyyətinin daha da genişləndirilməsinin və nizamnamə kapitalının artırılmasının vacibliyini vurğulayıblar.

Sənaye əməkdaşlığı, birgə sənaye parklarının və logistika komplekslərinin yaradılması və onlara dövlət dəstəyi mexanizmlərinin hazırlanması məsələləri də müzakirə olunub.
Kasımalıyev həmçinin 2030-cu ilə qədər aqrar-sənaye əməkdaşlığı proqramının hazırlanması üçün birgə idarələrarası işçi qrupunun yaradılmasını təklif edib.

Görüşdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Kambarata SES-1 tikintisi üzrə əməkdaşlığın davam etdiyi qeyd edilib.

Danışıqlardan sonra hökumətlərarası birgə komissiyanın 12-ci iclasının protokolları imzalanıb.

Süleyman
Xəbəri paylaş