Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Tbilisi-Bakı qatarına bilet satışında turizm şirkətlərinə kvota ayrılırmır

Bakı-Tbilisi-Bakı qatarına bilet satışında turizm şirkətlərinə kvota ayrılırmır


ADY tərəfindən Bakı-Tbilisi-Bakı reyslərinə bilet satışı tam şəffaflıqla həyata keçirilir. Hər kəs üçün eyni hüquq və imkanlar təmin olunur.

Newscenter.az ADY-yə istinadən bidirir ki, biletlər turizm şirkətlərinə və ya vasitəçilərə kvota ilə verilmir. Hər bilet konkret sərnişinin adına rəsmiləşdirilir və addan ada keçirilməsi mümkün deyil. Bilet yalnız qaytarıla bilər. Bu halda yenidən satışa çıxarılır ki, nəticədə fərqli şəxs tərəfindən əldə edilə bilər.

Bir şəxs eyni reys üzrə öz adına iki bilet ala bilmir. Bilet alışı zamanı eyni yeri bir neçə şəxs ala bilir ki, bu zaman sistem alışı daha tez tamamlayan şəxsi təsdiqləyir və digər alıcının hesabından pul tutulubsa, geri qaytarılır.

Süleyman
Xəbəri paylaş