
Deyir, oğru elə bilir ki, hamı oğrudur. İran şüubiyyəsinin müasir nümayəndəsi, İran İstibdad parlamentinin üzvü Kamran Qəzənfəri Azərbaycanı şərləyib. Özü də elə həyasızlıq və imansızlıqla iftiralar atıb ki, ustadları İblis, şeytan özü də buna məəttəl qalıb. Xəyanəti, İmam Hüseynə xəyanət edən riyakar Kufə əhlindən irs götürən fars ruhaniləri və rəsmiləri vaxtilə ermənilərə kömək edib türklərə xəyanət ediblər deyə xoflanırlar. Xain həmişə xoflu olar. Düşünürlər ki, biz Azərbaycana bu qədər xəyanət, pislik etdik, yəqin indi onlar da nəsə edirlər...
Patlamentin ortasına İblisin simvolulu elə-belə yerləşdirməyiblər ki. Sələfləri Kufə xainləri, müəllimləri İblis olan bir şeytan məclisinin üzvü bundan artıq nə deyə bilərdi ki...
Ümumiyyətlə İranın indiki dinində adamları, ölkələri, təmiz nə varsa onu şərləmək, böhtana məruz qoymaq vacibdir. Bu, iddia deyil, həqiqətdir. İstənilən şəraitdə sübut edə bilərik. Hətta dinin əsası kimi qəbul etdikləri "Füruddin"in maddəsinə də əlavə ediblər bunu.
Bir qrup ki, Peyğəmbəri şərləyə, onun arvadını, qayınatasını, bütün səhabələrini şərləyə, daha başqalarına qarşı nə gözləmək olar?
Deyir, guya təyyarədə dumana düşən keçmiş prezidentlərinin həlak olmasına görə Azərbaycan günahkarmış. Halbuki özlərinin ekspertizası sübut etdi ki, helikopterin içində istifadə olunan maddənin tüstüsünün təsiri nəticəsində sərnişinlərlə birgə halı dəyişən pilot idarəetməni itirib, beləliklə müşaiyətçi təyyarələr rahat keçdiyi ərazini o, "duman görürəm" deyərək keçə bilməyib və məlum qəza baş verib. Burada başqa günahkar axtarmaq axmaqlıqdır.
12 günlük İsrail - İran savaşında İsrail az qala Tehranda dron zavodu açaraq oradan evlərin içini nişan alırdı. Kufə xainləri İmam Hüseyni satdıqları kimi bir-birinizi satmışdınız. O halda Azərbaycan nə etməli idi?
Guya bu müharibədə Bakını vuracaqmışlar, prezident Pezeşkiyan mane olub və buna görə də onu tənqid və təhqir edirlər. Keçinin əcəli gələndə çobanın çomağına sürtünən kimi Qəzənfəri də deyəsən yuxusunu qarışdırıb. Pezeşkiyan əgər belə bir məsələnin qarşısını alıbsa ona hamıdan qabaq elə Qəzənfərin özü minnətdar olmalıdır.
Çünki elə olsaydı müharibə bitməyə və Azərbaycan böyüyə bilərdi. İranı ABŞ və İsrailin cəngindən xilas edən Pakistan və Türkiyə də təbii ki, belə olduğu təqdirdə haqqın, ədalətin, Azərbaycanın tərəfində olacaqdılar. Qəzənfərinin indi külü də qalmazdı. O, indi bunun baş vermədiyi üçün Ahura Məzdaya şükr etməli, Əhrimənə uymamalıdır.
Tural İrfan,
Milli Cəbhə Partiyasının sədri müavini












































