Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzənfərinin siyasi savadsızlıqda və qonşuluq münasibətlərinə hörmətsizlikdə ehtiva olunan məsuliyyətsiz bəyanatları

Qəzənfərinin siyasi savadsızlıqda və qonşuluq münasibətlərinə hörmətsizlikdə ehtiva olunan  məsuliyyətsiz bəyanatları


İran parlamentinin üzvü Kamran Qəzənfərinin Azərbaycan Respublikasına qarşı irəli sürdüyü iddialar, xüsusən ölkəmizi İbrahim Rəisinin ölümündə və anti-İran fəaliyyətlərdə iştirakda ittiham etməsi, habelə prezident Pezeşkianı Bakıya qarşı hərbi güc tətbiq etməməkdə günahlandırması həm məzmun, həm də mahiyyət etibarı ilə siyasi reallıqdan uzaq təxribatdır. ​Dövlət rəsmisi statusunu daşıyan bir şəxsin, heç bir faktoloji əsas və sübut olmadan, qonşu ölkəyə qarşı bu cür ağır ittihamlar səsləndirməsi, ilk növbədə, beynəlxalq hüquq normalarına və qonşuluq münasibətləri etikasına ziddir. Xüsusən, mərhum Rəisinin həlak olduğu helikopter qəzası kimi faciəvi bir hadisəni siyasi şantaj vasitəsinə çevirmək və bu təxribatçı məqsəd üçün parlament tribunasından sui-istifadə etmək iki ölkə arasında süni gərginlik yaratmaq cəhdindən başqa bir şey deyil.

Məlumdur ki, ​Azərbaycan Respublikası öz xarici siyasətində həmişə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərini əsas tutub. Cənab İlham Əliyev Azərbaycan ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı istifadə edilməsinə heç vaxt imkan verməyib və bu prinsipial mövqe daim qorunub. Lakin Qəzənfərinin siyasi savadsızlıqda və qonşuluq münasibətlərinə hörmətsizlikdə ehtiva olunan məsuliyyətsiz bəyanatları göstərir ki, onun təmsil olunduğu mühafizəkar qanad nəinki, faktları görməkdə maraqlı deyil, əksinə siyasi təxribat axtarışındadırlar. Təbii ki, bu cür əsassız bəyanatlar, xüsusilə də İranın rəsmi dairələrində təmsil olunan şəxslərin təhdidvari ritorikası, ikitərəfli münasibətlərin inkişafına deyil, məhz destruktiv maraqlara xidmət edir. Aydındır ki, ​Qəzənfərinin "peşmanedici dərs" vermək kimi ritorikası, o cümlədən İran parlamentinin və rəsmi dairələrinin bu kimi təxribatçı çağırışlara qarşı daxili bir mexanizm formalaşdırmaması və belə iddiaların yayılmasına şərait yaratması, təəssüf ki, qonşuluq münasibətlərinin möhkəmləndirilməsi üçün atılan addımların ruhuna ziddir.

Lakin, təbii ki, dövlətlərarası münasibətlərdə savadsız məsuliyyətsizliyin göstəricisi olan bu cür əsassız və aqressiv çıxışlar​ öz dövlət maraqlarını və təhlükəsizliyini qorumaq üçün lazımi siyasi və diplomatik resurslara malik Azərbaycanın beynəlxalq baxışına, o cümlədən iradəsinə heç bir təsir göstərə bilməz, əksinə, iddia irəli sürən tərəfin siyasi yetkinlikdən uzaq səviyyəsini ortaya qoyur.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı
Xəbəri paylaş