Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər Ursula for der Lyayenin Ermənistana yardımından mənun deyillər

Ermənilər Ursula for der Lyayenin Ermənistana yardımından mənun deyillər


Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətlərə baxmayaraq, Avropa İttifaqının bu ölkəyə iqtisadi yardım ayırması sadəcə bir piar hərəkətidir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Strateji Araşdırmalar və Təşəbbüslər Analitik Mərkəzinin həmtəsisçisi, siyasi şərhçi Hayk Xalatyan bildirib.

"Bu, əslində, Ermənistan ictimaiyyətinə Aİ-nin çətin anlarda Ermənistanı dəstəkləməyə hazır olduğunu nümayiş etdirmək üçün hazırlanmış bir PR hərəkətidir. Amma əslində, hətta Ermənistan məhsullarına gömrük rüsumlarının ləğvi belə, Ermənistan iqtisadiyyatının hazırda Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərdən çəkdiyi maliyyə ziyanını azalda bilməz",-deyə o bildirib.

Ekspert iddia edir ki, Ermənistan ixracatçılarının yalnız az bir hissəsi bu Avropa üstünlüklərindən yararlana biləcək. O deyib ki, hazırkı şəraitdə Avropa Ermənistan istehsalçıları üçün Rusiya bazarını əvəz edə bilməz.

Qeyd edək ki, AB-nin Ermənistan iqtisadiyyatını dəstəkləmək üçün iyulun 2-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən İrəvana 52 milyon avroluq yardım vəd edilib.

Şeyda
Xəbəri paylaş