
"Məktəbəqədər təhsil gələcəyimizin təməlidir. Sertifikatlaşdırma prosesi şəffaf, obyektiv və yalnız müəllimlərin peşəkarlığının qiymətləndirilməsinə xidmət etməlidir. Əsas məqsəd cəzalandırmaq deyil, keyfiyyətli təhsili və peşəkar inkişafı dəstəkləmək olmalıdır".
Newscenter.az xəbər verir ki, Sevinc Məmmədova Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasına münasibət bildirərkən deyib. O ümid etdiyini bildirib ki, sertifikatlaşdırma prosesi tam şəffaf keçiriləcək, bütün iştirakçılar üçün bərabər imkan yaradılacaq:
"Qiymətləndirmə yalnız peşəkar bilik və bacarıqlara əsaslanacaq. Təhsildə keyfiyyətin yüksəlməsi üçün ən vacib şərt ədalətli yanaşmadır".
Arzu













































