
“Dəyişən, inkişaf edən dünyamızda rəqəmsal texnologiyalar, innovasiya, Süni İntelekt həyatımızın ayrılmaz parçasına çevrilir. Hər bir dövlət günümüzün realııqlarına uyğunlaşmaq, yeni texnologiyalarla ayaqlaşmaq, onu idarəetmə sisteminə tətbiq etmək üçün addımlar atır, tədbirlər həyata keçirir. Azərbaycan da təbii olaraq bu prosesdən kənarda qalmayaraq iderəetmə sisteminin rəqəmsallaşdırılması, dövlət idarəçiliyində, ümumiyyətlə həyatımızın müxtəlif sahələrində innovasiya, sünu intelektdən istifadə etmək məqsədilə zəruri addımlar atır, dövlət proqramları, strategiyalar qəbul edir. Bu mənada "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqi xüsusi qeyd edilməlidir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən sözügedən planın icrası istiqamətində ötən müddət ərzində artıq xeyli işlər görülüb. Rəqəmsal İnkişaf Şurasının yaradılması, qurumun rəhbərliyinə edilən təyinat, eləcə də görülən işlər belə deməyə əsas verir. Bu günlərdə Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi bunun əyani sübutu idi”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili bildirib ki, Rəqəmsal İnkişaf Şurasının iclasının keçirilməsi həm "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrasına nəzər yetirmək, onu dəyərləndirmək, həm də gələcək prioritetləri, görüləcək işləri müəyyənləşdirmək baxımından əhəmiyyətli idi:
“İstər son illərdə qeyd edilən istiqamətlərdə atılan addımlar, istər Fəaliyyət Planının qısa müddətlik icrası ərzində həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq vətəndaşlar üçün bir çox dövlət xidməti elektronlaşdırılıb və internet üzərindən həyata keçirilir. Elektron sənəd dövriyyəsi, rəqəmsal imza, elektron ödənişlər, ASAN Xidmət modeli, müxtəlif dövlət xidmətlərinin vahid platformalarda təqdim olunması rəqəmsallaşma istiqamətində atılan müsbət addımlar olmaqla yanaşı, eyni zamanda itkisinin azalmasına, xüsusilə də şəffaflıöa xidmət edən addımlardandır”.
İlham Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda Süni İntelektin tətbiqi istiqamətində də mühüm addımlar atılır. Xüsusilə, Süni İntelektdən daha səmərəli və ziyansız istifadəyə yönəlik dövlət siyasəti həyata keçirilir:
“Məlumat üçün qeyd edim ki, Azərbaycanda 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası qəbul olunub. Sözügedən strategiyanın qəbul edilməsi haqlı olaraq bu sahənin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Strategiyanın əsas məqsədləri dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, yerli mütəxəssislərin hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi, məlumat təhlükəsizliyinin təmin olunması və etik prinsiplərə əsaslanan idarəetmə mexanizmlərinin yaradılmasıdır”.
Deputat qeyd edib ki, rəqəmsallaşma, innovasiyalar, süni intelektdən kənd təsərrüfatı, təhsil, səhiyyə kimi mühüm sahələrdə də istifadə edilir ki, bu da qeyd edilən sahələr üzrə sürətli inkişafa zəmin yaradan amillərdəndir.
Süleyman












































